Xəzər Xəbər

Portuqaliya Prezidenti 2019-cu ilin əsas musiqi mükafatını Firəngiz Əlizadəyə təqdim edib - FOTO

Mədəniyyət | 18:52 • 3 Aprel 2019
Portuqaliya Prezidenti 2019-cu ilin əsas musiqi mükafatını Firəngiz Əlizadəyə təqdim edib -

1967-ci ildə yaradılmış "Aga Khan Foundation” fondu bu il ilk dəfə olaraq musiqi sahəsində beynəlxalq mükafat ("Aga Khan MusicAward”) təsis edib. Bəstəkarlıq sahəsində mükafatın (creation) ilk laureatı azərbaycanlı bəstəkar və pianoçu, 2007-ci ildə UNECSO-nun "Artist for Peace” adına layiq görülmüş Firəngiz Əlizadə olub.


Xezerxeber.az Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətinə istinadla xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda 2019-cu ilin laureatlarının təltif edilməsinə həsr olunmuş təntənəli tədbir keçirilib. bayram konsertindən sonra bəstəkarlıq sahəsində yeganə mükafatı Firəngiz Əlizadəyə Portuqaliya Prezidenti Marselu Rebelu da Soza, Əlahəzrət Ağa Xan və Şahzadə Əmin təqdim edib.


"Аga Khan Foundation” Fondunun press-relizində bəstəkar və pianoçu Firəngiz Əlizadənin müasir akademik musiqi sahəsində görkəmli nailiyyətləri qeyd edilir, vurğulanır ki, onun yaradıcılığında Şərq incəsənətinin mənəvi zənginliyi və yüksək intellektualizmi cəlbedici qüvvə ilə əks olunub. Sevindirici haldır ki, Firəngiz Əlizadənin yaradıcılığı dünya musiqi prosesinə geniş inteqrasiya olunub, dünyanın konsert səhnələrində Hilary Hahn, Yo-Yo Ma, "Kronos Quartet”, "Berliner Philharmoniker”, "Royal Concertgebouw Orkestra”, "New Juilliard Ensemble” kimi aparıcı solistlər və kollektivlər tərəfindən tez-tez ifa olunur.


Laureatların təltif edilməsi mərasimi və konsert Portuqaliya mətbuatında və telekanallarda, "The Daily Star” qəzetində və kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Xəbər lenti