Xəzər Xəbər

Səkinə İsmayılova: Prezidentimizin həssas münasibəti biz mədəniyyət və incəsənət xadimlərini çox sevindirir

Mədəniyyət | 15:15 • 2 Mart 2019
Səkinə İsmayılova: Prezidentimizin həssas münasibəti biz mədəniyyət və incəsənət xadimlərini çox sevindirir

Xoşbəxt o sənətkardır ki, onu həm xalq sevir, həm də dövlət. Biz xoşbəxt insanlarıq ki, bu gün dövlətimizin qayğısı ilə əhatə olunmuşuq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bunun bir daha şahidi olduq.


Bu sözləri AZƏRTAC-a Xalq artisti Səkinə İsmayılova deyib.


Dövlətimizin başçısının və birinci xanımın mədəniyyət xadimləri ilə görüşünün, qaldırılan məsələlərin, irəli sürülən təkliflərin çox önəmli olduğunu bildirən Xalq artisti qeyd edib ki, Prezidentin bu həssas yanaşması incəsənət xadimlərini çox sevindirir. Hər hansı bir sahədə problemimiz olanda bu məsələ diqqətdən kənarda qalmır, daim nəzarətə götürülür və həll edilir. Bu, bizi çox sevindirməklə yanaşı, ruhlandırır və yeni yaradıcılığa sövq edir. Bizə olan diqqət və qayğıdan bəhrələnərək yaşatdığımız bu sənəti gələcək nəsillərə daha etibarlı şəkildə ötürəcəyik.

Xəbər lenti