Xəzər Xəbər

Dörd dəfə “Oscar” mükafatına layiq görülmüş bəstəkar vəfat edib

Mədəniyyət | 11:54 • 1 Mart 2019
Dörd dəfə “Oscar” mükafatına layiq görülmüş bəstəkar vəfat edib

Məşhur bəstəkar və dirijor, dörd dəfə "Oscar” mükafatına layiq görülmüş, Hollivudun şedevrə çevrilmiş bir sıra ekran əsərlərinə musiqi bəstələmiş Andre Previn 89 yaşında vəfat edib.


Xezerxeber.az xəbər verir ki, Previnin meneceri Linda Petrikova CNN telekanalına bəstəkarın Nyu-Yorkun Manhetten məhəlləsindəki evində qısa sürən xəstəlikdən sonra dünyasını dəyişdiyini bildirib.


Andre Previn "Porgy -Bess” və "Mənim ədalətli ledim” kimi dünyanın klassik ekran əsərləri hesab edilən filmlərə musiqi yazıb. Bəstəkar 4 dəfə "Oscar”, 10 dəfə "Grammy” mükafatlarına layiq görülüb. Böyük Britaniya kraliçası II Yelizaveta bəstəkara "Fəxri Qılınc Cəngavəri” ordeni təqdim edib. 1929-cu ildə Berlində anadan olan Previn sonradan ABŞ-a mühacirət edib və son günlərinədək Hyuston Simfonik Orkestrinin baş dirijoru olub.

Xəbər lenti