Xəzər Xəbər

İspaniyalı usta aşpazın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

Mədəniyyət | 15:06 • 29 Noyabr 2018
İspaniyalı usta aşpazın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

Vaşinqtonda yaşayan ispaniyalı usta aşpaz Xose Andresin fəal humanitar mövqeyi nəzərə alınaraq onun Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.


ABŞ Nümayəndələr Palatasının üzvü konqresmen Con Delani bu məlumatı təsdiq edib.


İspaniyalı usta aşpaz Amerika televiziyasında ən məşhur simalardan biridir. Andres mühacirlərin hüquqlarını fəal müdafiə edir. Onun 2010-cu ildə yaradılmış "World Central Kitchen” şirkəti isə keçən il sentyabr ayında Puerto-Rikonu cənginə almış "Mariya” qasırğasının qurbanlarını yedirtmək üçün yemək hazırlayıb.


Usta aşpaz sosial şəbəkələrdə fəal çıxış edir, Florida, Qvatemala və Kaliforniyada imkansız insanlar üçün nahar hazırlanmasına kömək məqsədilə twitter şəbəkəsindən istifadə edir. Onun təşkil etdiyi "Təşəkkür” aksiyası sayəsində 15.000 insan yedirdilib.


Xose Andres Nobel Sülh Mükafatına iddia edən çoxsaylı rəqibləri ilə mübarizə aparmalı olacaq. Keçən il bu mükafata nominantların sayı 331 nəfər, 2016-cı ildə isə 376 nəfər olub. Bu, həmin mükafatın tarixində rekord göstəricidir. (AZƏRTAC)

Xəbər lenti