Amerikalı rejissor Kventin Tarantino israilli müğənni və model Daniele Piklə ailə həyatı qurub.
AZƏRTAC "People” nəşrinə istinadla xəbər verir ki, bu, 55 yaşlı Tarantinonun ilk evliliyidir. Cütlük noyabrın 28-də Los-Anceles şəhərində nikah bağlayıb.
Əvvəllər Tarantino dəfələrlə ailə həyatını karyerasına dəyişdiyini bildirmişdi. 2009-cu ildə rejissor çəkdiyi filmdən başqa heç nə fikirləşmədiyini, ona maneçilik törədə biləcək həyat yoldaşının və uşaqlarının olmadığını demişdi.
2009-cu ildə İsraildə tanış olan Kventin Tarantino və Daniele Pik 2017-ci ildə nişanlanmışdılar.