Xəzər Xəbər

Məşhur italiyalı rejissor Bernardo Bertoluççi vəfat edib

Mədəniyyət | 16:19 • 26 Noyabr 2018
Məşhur italiyalı rejissor Bernardo Bertoluççi vəfat edib

İtaliyalı rejissor, dramaturq və şair Bernardo Bertoluççi uzun sürən xəstəlikdən sonra 77 yaşında Roma şəhərində vəfat edib.


Xezerxeber.az  bu barədə TASS informasiya agentliyinə istinadla xəbər verir.


Bernardo Bertoluççi 1940-cı il martın 16-da Parma şəhərində anadan olub. Kinematoqrafiya sahəsində "Konformist” filmi ilə debüt edib. "Kiçik budda”, "Sonuncu imperator” filmləri, həmçinin "XX əsr” epik ekran əsəri ilə məşhurluq qazanıb.


İki dəfə "Oskar” mükafatına layiq görülən Bertoluççi kinematoqrafiya sənətinə töhfəsinə görə "Müqəddəs Makr Aslanı” və "Qızıl palma budağı” ilə təltif edilib. Onun sonuncu tam metrajlı ekran əsəri 2012-ci ildə çəkilən "Mən və sən” filmi olub.


Bernardo Bertoluççi həyatının son illərində əlil arabasında hərəkət edirdi. O, son günlərə qədər aktivliyini qoruyur və müxtəlif forumlara qatılırdı.

Xəbər lenti