Xəzər Xəbər

Britaniyalı aktrisa Fenella Fildinq vəfat edib

Mədəniyyət | 09:16 • 12 Sentyabr 2018
Britaniyalı aktrisa Fenella Fildinq vəfat edib

Britaniyalı aktrisa Fenella Fildinq 90 yaşında vəfat edib. Bu barədə "The Guardian” qəzeti aktrisanın təmsilçisinə istinadla məlumat yayıb.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Fenella Fildinq iki həftə əvvəl insult keçirib.


F.Fildinq Londonda doğulub. Ona məşhurluq gətirən "Carry On”, "Pikvik klubunun qeydləri” komediya filmləri olub. Aktrisa gənclər üçün "Skins” (2007-2013) serialında da çəkilib.

Xəbər lenti