Xəzər Xəbər

“Bakı xanlarının evi” bərpa ediləcək

Mədəniyyət | 11:18 • 31 Avqust 2018
“Bakı xanlarının evi” bərpa ediləcək

XVII-XVIII əsrlərə aid "Bakı xanlarının evi” bərpa ediləcək.


"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qədim abidənin yenidən qurulması, ətrafının abadlaşdırılması və texniki ləvazimatların təchizatı işlərinin satın alınması üçün təkliflər sorğusu elan edib.


Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər sentyabrın 10-u saat 12-dək qəbul olunur.


Qeyd edək ki, "Bakı xanlarının evi” Böyük Qala küçəsi 44, 46, 48 və 50 nömrəli ünvanlarda yerləşir və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılır. (AZƏRTAC)

Xəbər lenti