Xəzər Xəbər

TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının toplantısı keçirilir - FOTO

Mədəniyyət | 11:47 • 5 Dekabr 2017
TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının toplantısı keçirilir -

Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən xezerxeber.az-a bildirilib ki, toplantıda Milli Məclisinin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, nazirliyin rəsmiləri Yaşar Əliyev və Tamerlan Axundov iştirak edirlər.

İclasda TÜRKSOY-un 2017-ci il üzrə fəaliyyətinin yekunları, 2018-ci il üçün fəaliyyət proqramı, növbəti ildə TÜRKSOY təqvimində yer alması təklif edilən tarixi şəxsiyyətlər, habelə TÜRKSOY mədəniyyət paytaxtı elan olunacaq şəhərlər və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

Toplantı çərçivəsində "Türküstan-türk dünyasının mədəniyyət paytaxtı-2017” mədəniyyət ilinin bağlanış mərasimi də keçiriləcək.

Xəbər lenti