Misir, qeyri-qanuni yollarla Cənubi Kipr Yunan Respublikasına qaçırılan Fironlar dövrünə aid 14 tarixi əsəri geri alacaq.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Misir Tarixi Əsərlər Nazirliyindən verilən açıqlamada bildirilib.
Bundan başqa Misirin tarixi əsərlər naziri Xalid əl-Anani, parlamendə çıxışı zamanı Misirin son 2 ildə 1300 tarixi əsəri geri aldığını bildirib.
Nazir, 2016-cı ildə 800, 2017-ci ildə 500-ə yaxın əsərin fərqli ölkələrdən alındığını qeyd edib.