Xəzər Xəbər

Ədəbiyyat üzrə Nobel mükafatı sahibinin adı oktyabrın 5-də açıqlanacaq

Mədəniyyət | 15:15 • 3 Oktyabr 2017
Ədəbiyyat üzrə Nobel mükafatı sahibinin adı oktyabrın 5-də açıqlanacaq

Ədəbiyyat üzrə Nobel mükafatı sahibinin adı oktyabrın 5-də məlum olacaq.


AZƏRTAC "nobelprize.org” saytına istinadla xəbər verir ki, qalibin adı Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq.


Məlumat üçün bildirək ki, artıq tibb və fiziologiya üzrə Nobel mükafatına ABŞ-dan olan alimlər - Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq layiq görülüblər. Onlar "hüceyrə saatı” adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar mexanizmlərin tədqiq olunmasına görə bu mükafatla təltif ediliblər. Sülh üzrə mükafatın sahibi isə oktyabr 6-da məlum olacaq.


Xatırladaq ki, ötən il ədəbiyyat üzrə Nobel mükafatı dünyada daha çox musiqiçi kimi tanınan amerikalı Bob Dilana verilmişdi və bu ədəbi dairələrdə narazılığa səbəb olmuşdu.


Qeyd edək ki, mükafatın təqdimat mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir. Belə ki, fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat, iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması istiqamətində mükafat isə Osloda Norveç Kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.

Xəbər lenti