Xəzər Xəbər

Şamaxıdan tapılan dəfinə muzeyə verilib - FOTO

Mədəniyyət | 16:01 • 11 Sentyabr 2017
Şamaxıdan tapılan dəfinə muzeyə verilib -

Şamaxıdan tapılan dəfinə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə verilib.

Muzeydən xezerxeber.az-a bildiriblər ki, dəfinəyə daxil olan numizmatik sikkələr Numizmatika və epiqrafika elmi fond şöbəsinə hədiyyə olunub. Sikkələrin tarixini müəyyənləşdirən Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri Əli Rəcəbli qeyd edib ki, daxil olan gümüş və mis sikkələr XVII-XIX əsrlərə aiddir. Dəfinə Şamaxıdan tapılıb. Xəzinənin əsas hissəsini təşkil edən gümüş sikkələr - abbasilər Səfəvilər və xanlıqlar dövründə zərb edilib.

Alim, eyni zamanda, Gəncə və Şamaxıda zərb olunan gümüş sikkələrin üzərində fars dilində "Ya sahibi-zaman”, "Ya Kərim” sözləri həkk edildiyini bildirib.

Xəbər lenti

Çox oxunanlar