Xəzər Xəbər

Fərman İsmayılov Siyəzəndə dəfn olundu

Hadisə | 20:48 • 27 Yanvar 2021
Fərman İsmayılov Siyəzəndə dəfn olundu

Nigeriya sahillərində dəniz quldurlarının gəmiyə hücumu zamanı öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılov dəfn olunub.

 

Onun nəşi Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə, daha sonra Azərbaycana gətirilib.

 

Mərhumun meyiti məhkəmə-tibbi ekspertizasından keçirildikdən sonra doğulduğu Siyəzən rayonunun Qozağacı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

 

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən "MV Mozart” gəmisinə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub./report

Xəbər lenti