Xəzər Xəbər

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı öldürülüb

Hadisə | 09:02 • 24 Yanvar 2021
Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı öldürülüb

Nigeriya sahillərində "Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.


"NTV" xəbər verir ki, gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, Fərman İsmayılov adlı azərbaycanlı mühəndis isə öldürülüb.


Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:


"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb"./report

Xəbər lenti