Xəzər Xəbər

Bakıda keçmiş məhkumdan 5 kq narkotik götürülüb

Hadisə | 13:16 • 21 Yanvar 2021
Bakıda keçmiş məhkumdan 5 kq narkotik götürülüb

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Adıgözəlov saxlanılıb.


Şəxsi axtarış zamanı ondan metamfetamin, "VAZ-2108” markalı avtomobilinə baxış zamanı isə 2 kiloqramdan artıq heroin və 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Xəbər lenti