Xəzər Xəbər

Biləsuvarda 40 yaşlı qadın su kanalında batdı

Hadisə | 16:41 • 16 Yanvar 2021
Biləsuvarda 40 yaşlı qadın su kanalında batdı

Biləsuvarda qadın su kanalında batıb.


XəzərXəbər-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Biləsuvar rayonunda su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.


Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Şirinova Gülnarə Novruz qızının meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti