Xəzər Xəbər

Polis əməliyyat keçirib, tutulanlar var

Hadisə | 12:18 • 14 Yanvar 2021
Polis əməliyyat keçirib, tutulanlar var

Bakı və Sumqayıt sakinlərindən odlu silah-sursat götürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini İ.Hüseynovdan kustar üsulla hazırlanmış tapança, 2 ədəd patron və metamfetamin aşkar edilərək götürülüb.


Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ələsgərovdan nömrəsi silinmiş "Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.



Digər bir əməliyyat tədbiri isə Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilib. Daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ş. Rzayevdən nömrəsi silinmiş "Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Xəbər lenti