Xəzər Xəbər

Bakıda maşın oğurlanıb

Hadisə | 14:20 • 12 Yanvar 2021
Bakıda maşın oğurlanıb

Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə D.Dadaşova məxsus "VAZ-2107” markalı avtomobilin yanvarın 6-da rayon ərazisindən qaçırılması barədə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil yanvarın 8-də A.Heydərov küçəsində tapılıb.


Nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Süleymanov davam etdirilən tədbirlər nəticəsində müəyyənləşdirilərək saxlanılıb.


Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti