Xəzər Xəbər

Bakıda evdən 9 min manatlıq qızıl oğurlayan qadın tutulub

Hadisə | 13:42 • 12 Yanvar 2021
Bakıda evdən 9 min manatlıq qızıl oğurlayan qadın tutulub

Binəqədi rayonunda oğurluqla məşğul olan şəxs tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, yanvarın 10-da Binəqədi rayonu ərazisindəki evlərin birindən 9 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.İbişova rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Faktla bağlı təhqiqat davam etdirilir.

Xəbər lenti