Xəzər Xəbər

Bakıda zavodda partlayış baş verib, ölən var

Hadisə | 10:11 • 12 Yanvar 2021
 Bakıda zavodda partlayış baş verib, ölən var

Bakıda zavodda ölüm hadisəsi baş verib.


Qaradağ rayon prokurorluğundan xezerxeber.az-a verilən məlumata görə, hadisə yanvarın 11-də saat 13 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini Mustafayev Asif Qazbaba oğlunun işlədiyi yerdə xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılmış araşdırmalarla müəyyən edilib ki, Qobustan qəsəbəsində yerləşən metaləritmə zavodunda soba fəhləsi işləyən Asif Mustafayev qeyd edilən tarixdə metal əritmək üçün nəzərdə tutulmuş isti sobaya metal qırıntılarını atan zaman partlayış baş verməsi nəticəsində aldığı xəsarətlərdən ölüb.


Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti