Xəzər Xəbər

Ağstafada koronavirus xəstələri saxlanıldı

Hadisə | 10:07 • 2 Dekabr 2020
Ağstafada koronavirus xəstələri saxlanıldı

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir.  


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar  nəticəsində rayonun Dağkəsəmən kənd sakinləri Məmməd Heydərov və onun həyat yoldaşı Gülnarə Heydərova koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə, özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə az təmasda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli olduqları halda yaşadıqları evi tərk etmələri aşkarlanıb.


Həmin şəxslər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə evə göndərilib, barələrində RPŞ-də araşdırmalar davam etdirilir.


Ramil

Xəbər lenti