Xəzər Xəbər

Bakıda baş verən güclü yanğın söndürülüb

Hadisə | 17:26 • 29 Noyabr 2020
Bakıda baş verən güclü yanğın söndürülüb

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın təqribən 150 m² sahədə olub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***



Bakıda yeni tikilən obyekt yanır.


Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.


Bildirilir ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən yeni tikinti obyektində yanğın başlayıb.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir./report


Rubrikanın digər xəbərləri

Xəbər lenti