Xəzər Xəbər

Ermənistanda rusiyalı hərbçinin meyiti tapıldı

Hadisə | 21:43 • 26 Noyabr 2020
Ermənistanda rusiyalı hərbçinin meyiti tapıldı

Ermənistanda müqavilə ilə xidmət edən Rusiya hərbçisinin meyiti hərbi hissədən kənarda tapılıb.


Məlumatı Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.


Qeyd olunub ki, Rusiya Cənub Hərbi Dairənin hərbi bazasının komandanlıq komissiyası Ermənistandakı hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə ilə xidmət edən hərbi qulluqçunun ölümü ilə bağlı araşdırma aparır.


"Hərbçinin cəsədi həmkarı tərəfindən hərbi hissə ərazisindən kənarda, yaşayış yerində aşkarlanıb. Əsgərin cəsədində zorakılıq əlamətləri tapılmayıb”.


Hazırda hadisənin başvermə şəraiti müəyyənləşdirilir./report

Xəbər lenti