Xəzər Xəbər

İki gündür itkin düşən şəxs axtarılır

Hadisə | 16:22 • 25 Noyabr 2020
İki gündür itkin düşən şəxs axtarılır

Naftalanda 19 yaşlı şəxs itkin düşüb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Naftalan şəhərinin Qasımbəyli kənd sakini, 19 yaşlı Sahil Əhmədov noyabrın 23-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.


S.Əhmədovun əlamətləri belədir: boyu 178 sm., gözlərinin rəngi qəhvəyi, qara saçlı. Evdən çıxan zaman əynində ağ zolaqlı qara köynək, tünd göy rəngdə gödəkçə, boz rəngdə idman şalvarı və idman ayaqqabısı olub.


Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02235-2-31-15  şəhər və (050) 673-13-05  mobil nömrələrinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti