Xəzər Xəbər

Ermənistanda əsgər valideynləri hökumətə etiraz edir

Hadisə | 14:52 • 23 Noyabr 2020
Ermənistanda əsgər valideynləri hökumətə etiraz edir

Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında itkin düşən hərbçilərin ailə üzvləri və yaxınlarının etiraz aksiyası davam edir.


Məlumatı "Novosti Armeniya” yayıb.


Valideynlərdən biri deyib: "Mənim oğlum 11 gün xidmətdən sonra ön cəbhəyə, döyüşə göndərilib. Mən Müdafiə Nazirliyinin əməkdaşından soruşdum: Siz hansı haqla 11 günlük əsgəri ön cəbhəyə yollayırsınız? Mənə cavab verdilər ki, ölkədə hərbi vəziyyətdir. Bu gün valideynlərdən heç birinə cavab verə bilməyəcəkdilərsə, oğullarımızı niyə aparırdılar”.


Başqa bir valideyn isə oğlu barəsındə məlumatları bir aydır nazirliyə göndərsə də, ona cavab verməyiblər: "Belə çıxır uşaqlarımızın heç kim üçün dəyəri yoxdur. Hər şeyi gizlədirlər. Bu qəbuledilməzdir”./report

Xəbər lenti