Xəzər Xəbər

Kəlbəcərdən son xəbər: Onlarla ev yanır

Hadisə | 10:35 • 17 Noyabr 2020
Kəlbəcərdən son xəbər:

Kəlbəcərdə onlarla ev yanır.


Bu sözlər Fransanın "Le Temps” qəzetində dərc olunan məqalədə yer alıb.


Məqalədə Ermənistan hökumətinin vaxtilə şirnikdirici vədlərlə erməniləri Kəlbəcərdə qanunsuz məskunlaşdırmasından söz açılıb.


Məqalədə Kəlbəcərdə məskunlaşmış və hazırda oranı tərk edən ermənilərlə aparılan söhbətlər zamanı onların müxtəlif vədlərlə buraya gətirildiklərini bildiriblər. Marut adlı erməni yaxınlıqda yanmış evi göstərərək, qonşusu Aleksin əvvəllər İtaliyada yaşadığını və erməni hökumətinin köməyi ilə Kəlbəcərə gəlib məskunlaşdığını deyib. Hacik adlı digər erməni isə əvvəllər Avstraliyada yaşadığını etiraf edib.


"Le Temps”ın jurnalisti Kəlbəcərdə vəziyyəti təsvir edərək, ermənilərin hər şeyi söküb apardığını, evləri yandırdığını və ağacları kəsdiyini yazıb.


Qeyd edilir ki, əldə edilmiş razılaşmaya görə Kəlbəcər Azərbaycana təhvil verilir. Rəsmi Bakı rayonu boşaltmaq üçün Ermənistana noyabrın 25-dək vaxt verib. /Axar.az 

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti