Xəzər Xəbər

Erməni tərəfi 2400 hərbçisinin öldüyünü açıqladı

Hadisə | 14:17 • 16 Noyabr 2020
Erməni tərəfi 2400 hərbçisinin öldüyünü açıqladı

"Qarabağdakı döyüş əməliyyatları zamanı erməni hərbçilərinin ölüm sayı təxminən 2400 nəfərdir, bir neçə yüz nəfər isə itkin düşüb".


XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.


O, itkin düşənlər siyahısında olanlardan bəzilərinin hələ də sağ qaldıqlarına ümid etdiyini deyib.


Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi 1383, Səhiyyə Nazirliyi isə 2317 hərbçinin öldüyünü açıqlamışdı.

Xəbər lenti