Xəzər Xəbər

Azərbaycanda 80 baş qoyun suda batdı

Hadisə | 16:51 • 15 Noyabr 2020
Azərbaycanda 80 baş qoyun suda batdı

Göyçay rayonunda xırda buynuzlu heyvanlar arasında tələfat baş verib.


XəzərXəbər-in xəbərinə görə, hadisə bu gün rayonun Şəkər kənd sakinlərinə məxsus mal-qaranın otlaq sahəsində qeydə alınıb. Kənd sakinlərindən Baloğlan Əsgərov, Ağaisa Mirəliyev, Xəyyam Nuriyev, Sirac Haqverdiyev, Azad Bəşirov, Rasim Mircəfərov, Elvin Mirəliyev və başqalarına məxsus 320 baş qoyundan 80-i otlaq sahəsinin ortasında yeni qazılan dərin suvarma arxına düşüb. Hadisə nəticəsində 17 baş qoyun tələf olub, 50-dən çox qoyun suda boğulub, xəsarət alıb.


Kənd sakinləri bildiriblər ki, Şəkər kənd icra nümayəndəliyi əhalinin otlaq sahəsini iki yerə bölüb, su arxının bir tərəfində yonca sahəsi və tut bağı salıb, digər tərəf isə otaq sahəsi kimi qalıb. Dünən kənd icra nümayəndəliyinin sifarişi ilə "Hyundai” markalı ekskavator bu otlaq sahəsinin ortasında dərinliyi 2 metrdən çox olan arx qazıb. Kənd sakinləri bu arxın qazılmasından xəbərsiz olduqlarını bildiriblər.


Bu gün otlaq sahəsinə gələn qoyun sürüsü arxdan keçmək istəyərkən qəflətən suya düşərək boğulublar. Naxırçı sahədə tək olduğu üçün qoyunların dərin su arxına yaxınlaşmasının və suya düşməsinin qarşısının ala bilməyib. Yerli sakinlər bu məsələ ilə bağlı kənd icra nümayəndəliyinə və bələdiyyə sədrinə müraciət etdiklərini, lakin onların hadisə yerinə gəlmədiklərini bildiriblər. Kənd sakinləri hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 Məlumat Mərkəzinə müraciət ediblər. Hazırda polis əməkdaşları hadisə yerindədir. Vətəndaşlar onlara dəyən maddi ziyanın ödənilməsi üçün şikayət ediblər./APA

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti