Xəzər Xəbər

Oğlu Qarabağda ölən erməni Paşinyanı hədələdi Onun gözlərini çıxaracam...

Hadisə | 17:43 • 13 Noyabr 2020
Oğlu Qarabağda ölən erməni Paşinyanı hədələdi

Ermənistanda məğlubiyyət hissi insan itkisi acısına qarışıb. Artıq şəhid valideynləri Ermənistan hakimiyyətinə qarşı üsyan əhval-ruhiyyəsindədir.

Bu barədə "BBC News"un müxbiri Steve Rozenberqin İrəvandan hazırladığı reportajda bildirilir.

Müxbirin sözlərinə görə, Alişiyan ailəsi İkinci Qarabağ savaşında oğullarını itirib. Onlar Azərbaycana qarşı Ermənistana dəstək vermədikləri üçün Rusiyaya qəzəblədirlər.

Şəhidin atası Armen Putinin bütün xristianlara xəyanət etdiyini söyləyir.Armenin həyat yoldaşı Harmek isə məğlubiyyətdə ermənilərin öz liderini günahlandırır.

"Bizim oğlanlarımızın qanı ilə torpaqlarımızı satırlar. Onlar bunun əvəzini alacaqlar. Bilsinlər ki, şəhid ailələri onların gözlərini çıxaracaqlar”- deyə Harmek bildirib.


Xəbər lenti