Xəzər Xəbər

Xaçmazda polis reyd keçirdi

Hadisə | 12:26 • 24 Oktyabr 2020
Xaçmazda polis reyd keçirdi

Xaçmazda polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar


DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,  Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara əsasən 2020-ci il 24 oktyabr saat 00:00 etibarən Xaçmaz rayonuna operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.


Bununla əlaqədar rayonun giriş-çıxış hissələrində postlar qurulub, RPŞ-nin və Daxili Qoşunlarının əməkdaşları tərəfindən gücləndirilmiş iş rejimində xidmət aparılır. 


Müvəqqəti quraşdırılmış postlarda rayon ərazisinə daxil olmaq istəyən sürücü və sərnişinlərin sənədləri yoxlanılır və həmin şəxslər aidiyyəti üzrə qeydiyyatda olduqları ünvanlara yönləndirilirlər. Bundan əlavə şöbə əməkdaşları rayon ərazisində də profilaktik reydlər keçirərək, sakinlərə həyata keçirilən tədbirlər barədə geniş məlumatlar verirlər.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti