Xəzər Xəbər

Ermənistanda koronavirus rekord vurdu

Hadisə | 11:16 • 21 Oktyabr 2020
Ermənistanda koronavirus rekord vurdu

Ermənistanda daha 1 836 nəfərdə koronavirus aşkarlanıb.


Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 68 530-a yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 20 nəfər artaraq 1 121-ə çatıb. İndiyədək 49 219 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 17 869 aktiv koronavirus xəstəsi var.

Xəbər lenti