Xəzər Xəbər

Polis qara niqabda “kişi” əli olan insanın kimliyini müəyyənləşdirdi FOTO

Hadisə | 14:40 • 19 Oktyabr 2020
Polis qara niqabda “kişi” əli olan insanın kimliyini müəyyənləşdirdi

Son bir neçə gündə "Facebook”da Bakının İzmir parkındakı skamyada oturan qara niqablı qadının fotosu paylaşılır.

Qadının qeyri-təbii dərəcədə kobud və iri əli şəbəkə istifadəçilərinin diqqəti çəkib. Fotoşəkildə üzü görünmədiyi üçün istifadəçilər onun hər hansı bir terror aktı törətmək niyyəti ilə qadın kimi maskalanmış kişi olduğunu iddia ediblər.

Vəziyyəti aydınlaşdırmaq və bütün şübhələrə son qoymaq üçün Oxu.Az-ın müxbiri hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.

Məlum olub ki, Bakının Yasamal Rayon Polis İdarəsinin əməkdaşları dərhal sosial şəbəkədəki məlumatları cavablandırıblar. 17 oktyabrda hüquq-mühafizə orqanlarının əməkdaşları niqablı, "müəmmalı” şəxs tapıblar. O, həqiqətən qadın imiş -yaxınlıqda yaşayan Zaqatala sakinidir.

"Onunla danışdıq. Evlidir, bəzən axşamlar İzmir parkında gəzir. Qadının əlləribədən quruluşuna uyğundur. Buna görə, üzünü dini geyimlə gizləyən kişi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”, - deyə hüquq-mühafizə işçiləri bildirib.

Polis əməkdaşlarının sözlərinə görə, istənilən cinayətinin qarşısını almaq üçün gecə-gündüz ərazini və bütün şübhəli şəxsləri yoxlayırlar. Bununla belə, polis vətəndaşları diqqətli olmağa çağırır.


Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti