Xəzər Xəbər

İşğalçı Ermənistan ordusunun gücü tükənib: Qadın taboru cəbhəyə göndərildi

Hadisə | 13:07 • 19 Oktyabr 2020
İşğalçı Ermənistan ordusunun gücü tükənib:

İşğalçı Ermənistan ordusu Dağlıq Qarabağda mövqelərini itirməkdə davam edir. Azərbaycan Ordusunun əks həmlələri nəticəsində işğal altında olan ərazilər hər gün azad olunur, düşmənin hərbi texnikaları və canlı qüvvəsi məhv edilir.


Ermənistanın Müdafiə Nazirliyi ölən əsgərlərinin sayının 710 nəfər olmasını təsdiqləsə də, real rəqəmlər göstərilən dəfələrlə çoxdur. İşğal altındakı Xankəndidə ermənilərin Rusiya KİV-lərinə müsahibsi zamanı minlərlə hərbçinin ölməsi öz təsdiqini tapıb.


Bu günlərdə Ermənistan rəhbərliyi ordu sıralarında yaranan əsgər çatışmazlığını aradan qaldırmaq üçün qadınların xidmətindən istifadə etməyə başlayıb. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan da təsdiqləyib ki, artıq qadınlardan ibarət 100 nəfərlik batalyon yaradılıb.


Qeyd edək ki, işğalçı ordunun qadınlardan ibarət batalyon yaratması Ermənistanın düşdüyü vəziyyəti açıq şəkildə ortaya qoyub. Erməni gənclər arasında ordudan yayınmaq halları, ön xəttə ölməmək üçün zabitlərlə əlbəyaxaya çıxmaq görüntüləri və nəhayət işğalçı ordunun əksər hərbi texnika, RƏM sistemi, sialh-sursat anbarlarının məhv edilməsi İrəvanın məğlubiyyətinin bariz nümunəsidir.


Azərbaycana Fransa və Rusiya vasitəsilə təzyiq göstərmək istəyən, bununla da atəşkəs arzusunda olan Nikol Paşinyan Ermənistan ordusunun ön xəttə Azərbaycan hərbçiləri qarşısında məğlubiyyətini yaxşı başa düşür. Hakimiyyətini itirməmək və Ermənistanın məğlub və rüsvay olmuş baş naziri olmaq istəməyən Paşinyan məhz buna görə qadınları belə ordu sıralarına qatmaqla nəsə dəyişiklik etməyi arzulayır.


BAKU.WS

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti