Xəzər Xəbər

Qarabağda erməni hərbçilərlə eçmiədzinli soyğunçular arasında silahlı toqquşma baş verib

Hadisə | 21:35 • 30 Sentyabr 2020
Qarabağda erməni hərbçilərlə eçmiədzinli soyğunçular arasında silahlı toqquşma baş verib

Dağlıq Qarabağda yerli əhalinin, eyni zamanda hərbi qarnizon personalının ailələrinin Ermənistan ərazisinə kütləvi təxliyəsi davam edir.


Ermənilər əşyalarını, əmlaklarını, evlərini, mal-qarasını ataraq qaçırlar.


Armiya.az xəbər verir ki, evlərini tərk edərək qaçan Qarabağ ermənilərinin və erməni hərbçilərinin ailələrinin, xüsusən Xankəndi və Ağdərədəki evləri heç də uzun müddət boş qalmayıb, tezliklə orada Eçmiədzindən olan soyğunçular peyda olub.


Sosial şəbəkələrin erməni seqmentində yayımlanan məlumatlara görə, təpədən dırnağa qədər silahlanmış soyğunçular, orada qalmış az sayda sakinlərə özlərini "Ermənistandan olan xilaskarlar” yaxud "Livan erməniləri” kimi  təqdim edərək evlərə girib əşyaları oğurlayır və qaçırdıqları yük maşınlarına yükləyirlər.


Onlar əmlakın qarət edilməsi məqsədi ilə yerli sakinləri qətlə yetirməkdən də çəkinmirlər.


Qarabağı tərk edərkən sözügedən qarətçilərlə erməni hərbçiləri arasında silahlı qarşıdurma da baş verib.


Silahlı toqquşma nəticəsində bir neçə soyğunçu yaralanıb, öldürülənlər var.  


Öldürülənlərin şəxsiyyətlərini müəyyən edərkən maraqlı faktlar ortaya çıxıb. Məlum olub ki, bu şəxslər keçmiş başçıları Manvel Qriqoryana sadiq qalan, Eçmiədzində fəaliyyət göstərən "Yerkrapa” adlanan qruplaşmasının keçmiş və hazırkı üzvləridir. Bildiyimiz kimi, bu qruplaşmanın üzvləri Birinci Qarabağ müharibəsi dövründə və ondan sonra da talançılıqla məşğul olublar.


Dindirilmə zamanı sağ qalan soyğunçular Manvel Qrigoryan və oğlu, Eçmiədzinin keçmiş meri Karen Qriqoryanın əmri ilə Qarabağa gəldiklərini etiraf ediblər.


Bəzi məlumatlara görə, sürətlə boşaldılan Qarabağda Ermənistandan gəlmiş və Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli generallarına tabe olan bir neçə soyğunçu dəstə fəaliyyət göstərir.

Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti