Xəzər Xəbər

Ermənilər Şeyx Babı türbəsini atəşə tutdu

Hadisə | 18:44 • 29 Sentyabr 2020
Ermənilər Şeyx Babı türbəsini atəşə tutdu

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yenidən törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində düşmənin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşüb. 


Mədəniyyət Nazirliyindən verilən məlumata görə, qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə ciddi ziyan dəyib.


Tarixi abidənin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti