Xəzər Xəbər

Bakıda 8 evdən oğurluq edən şəxslər saxlanılıblar

Hadisə | 13:05 • 28 Sentyabr 2020
Bakıda 8 evdən oğurluq edən şəxslər saxlanılıblar

Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxslər saxlanılıblar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, əməliyyat zamanı paytaxt sakinləri Valeh Seyidov və Mustafa Abdullayev tutulublar. Araşdırma zamanı onların Xəzər rayonunun qəsəbələrində 8 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub.


Valeh Seyidov oğurluq etdiyi evlərə Mustafa Abdullayevin taksi kimi idarə etdiyi avtomobillə gedib.


Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Valeh Seyidov və Mustafa Abdullayevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti