Xəzər Xəbər

İnsanları qaçırır, əvəzinə pul aldıqdan sonra isə öldürürdülər

Hadisə | 14:20 • 26 Sentyabr 2020
İnsanları qaçırır, əvəzinə pul aldıqdan sonra isə öldürürdülər

İnsanları oğurlayırdılar, onların əvəzinə pul aldıqan sonra isə qətlə yetirirdilər.


Lenta.ru-nun məlumatına görə, dəhşətli hadisə Rusiyanın Moskva vilayətində qeydə alınıb.


Artıq mütəşəkkil cinayətkar qrupun üzvü Yevgeniy Qorlov saxlanılıb. Bu cinayətlərdən əlavə onun oğurladığı iki nəfəri də qətlə yetirdiyi məlum olub.



Təqsirləndirilən şəxs insan oğurluğu və qətl maddəsi ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ağır rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 


58 yaşlı kişinin əlbir olduğu şəxslərdən ikisi ömürlük həbsə, biri isə 15 il müddətinə azadlıqdan məhrum edilib.


İstintaqa görə, təqsirləndirilən şəxslər mütəşəkkil cinayətkar qrupun tərkibində 2006-2012-ci illər ərzində Moskva vilayətinin ərazisində üç nəfəri qaçırıblar. Cinayətkarlar onların azadlığı müqabilində 500 min dollardan (850000 AZN) dörd milyon avroya (7 909 420 AZN) qədər pul tələb ediblər. Pullar alındıqdan sonra isə girovları qətlə yetiriblər.

Xəbər lenti