Xəzər Xəbər

Xəstəxanaya müayinəyə gəldi, ölüsü çıxdı

Hadisə | 11:59 • 25 Sentyabr 2020
Xəstəxanaya müayinəyə gəldi, ölüsü çıxdı

Salyan rayonunda xəstəxanada ölüm hadisəsi baş verib.



XəzərXəbər  report-a istinadla xəbər verir ki, hadisə Salyan Rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb.


İlkin məlumata görə, Kürqaraqaşlı kənd sakini Süleymanov Rəhman Qəhrəman oğlu müayinə olunmaq üçün xəstəxanaya gəlib. Xəstəxananın həyətindəki skamyaların birində oturan zaman anidən halı pisləşib və yerə yıxılıb.



Ona ilk tibbi yardım göstərilənədək dünyasını dəyişib. Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.


Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti