Xəzər Xəbər

Bakı sakini nənəsini və bibisini öldürüb - TƏFƏRRÜAT

Hadisə | 18:13 • 24 Sentyabr 2020
 Bakı sakini nənəsini və bibisini öldürüb  -

Bakıda dəhşətli qətl törədilib.


Hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakinləri - 1932-ci il təvəllüdlü Esmira Cavadova və onun qızı, 1959-cu il təvəllüdlü Tamella Cavadova yaşadıqları evdə bıçaqlanaraq qətlə yetiriliblər.


İlkin araşdırmalar zamanı hadisənin E.Cavadovanın nəvəsi Samir Cavadov tərəfindən törədildiyi müəyyən edilib.


Məlumata görə, Esmira Cavadova və qızı eyni ünvanda yaşayıblar. Hadisəni törətməkdə şübhəli bilinən Samir isə anası dünyasını dəyişdikdən sonra nənəsinin və bibisinin evində yaşamağa başlayıb. Ailədaxili münaqişə zəminində Samir nənəsi Esmira Cavadovaya və bibisi Tamella Cavadovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Hər iki şəxs aldıqları ağır xəsarətlərdən hadisə yerindəcə keçinib. Daha sonra şübhəli şəxs paltarlarını dəyişərək evdən qaçıb. Hazırda onun yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Qeyd edək ki, Tamella Cavadova müəllim olub. (APA)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti