Bakıda quldurluq hadisəsi baş verib.
XəzərXəbər xəbər verir ki, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Ramazanov sentyabrın 20-də M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində 2 nəfərin daşla onun baş nahiyəsinə vurub cibindən 75 manat pulunu və mobil telefonunu götürdüklərini bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Heydərov və F.Heydərov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma aparılır.