Xəzər Xəbər

Bakıda dəhşətli QƏTL - Özündən 22 yaş kiçik sevgilisini qısqanaraq öldürdü

Hadisə | 16:24 • 12 Sentyabr 2020
Bakıda dəhşətli QƏTL -

Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən Sahib Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


XəzərXəbər xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Eldar Mikayılovun icraatına verilib.


Hadisə bu il mart ayının 4-də paytaxtın Nizami rayon, B.Çobanzadə küçəsində baş verib.


Bakıda kirayədə qalan Belarus vətəndaşı, 57 yaşlı Sahib Babayev sevgili münasibətində olduğu 35 yaşlı Elnarə Ağarzayevanı qısqanclıq zəminində qətlə yetirib.


Daha sonra S.Babayev polisə gedərək könüllü təslim olub və törətdiyi əməli etiraf edib.


Məlum olub ki, 57 yaşlı Sahib Babayev özündən 22 yaş kiçik sevgilisi ilə mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb isə sonuncunun başqa bir kişi ilə münasibət saxlaması olub.


S.Babayev ifadəsində qadını qısqanclıq zəmnində öldürdüyünü deyib. Məlum olub ki, kişi ilə qadın daimi həmin ünvadna yaşamayıblar. Onlar ayda 2-3 dəfə həmin ünvana gəlirmişlər.


İstintaq orqanı tərəfindən S.Babayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti