Xəzər Xəbər

Şəkidə evdən 21 600 manat pul oğurlanıb

Hadisə | 13:55 • 12 Sentyabr 2020
Şəkidə evdən 21 600 manat pul oğurlanıb

Şəkidə oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər saxlanılıb.


Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 8 000 manat, 8 000 ABŞ dolları və 6 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunan A.Abdulhəmidov, E.Rəsulov və S.Mustafayev saxlanılıb.

Xəbər lenti