Xəzər Xəbər

Sumqayıtda ətrafa iy-qoxu yayan şirkət cəzalandırılıb

Hadisə | 12:33 • 11 Sentyabr 2020
Sumqayıtda ətrafa iy-qoxu yayan şirkət cəzalandırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Facebook səhifəsində canlı yayımlanan "Ekspert saatı”na izləyici tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsinin ərazisinə tullantıların atılması və ətrafa iy-qoxunun yayılması ilə bağlı ünvanlanan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.


Xidmətin rəis müavini Ramal Bağırov  bildirib ki, araşdırma zamanı sözügedən ərazidə fəaliyyət göstərən "Servis-N" MMC-yə məxsus tullantıların əraziyə atılaraq qalaqlandığı faktı təsdiqini tapıb. 


O qeyd edib ki, faktla bağlı "Servis-N" MMC barəsində protokol tərtib olunub və Cəmiyyətin hüquqi şəxs qismində 6 500 manatdan 8 000 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilib: "    Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə MMC-yə məcburi göstəriş verilib”.

Xəbər lenti