Xəzər Xəbər

Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə | 13:25 • 2 Sentyabr 2020
Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

xXətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayonun Gəncə prospektində yolu keçən paytaxt sakini Xuraman Qədiyevanı və onun nəvəsi, 6 yaşlı Ə.Mirzəyevanı Bakı şəhər sakini C.Allahverdiyev idarə etdiyi "Mercedes” markalı avtomobillə vurub. Nəticədə X.Qədiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.


Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti