Xəzər Xəbər

Prokurorluq Şirvanda xəstəxanada baş verən insidentlə bağlı məlumat yayıb

Hadisə | 15:25 • 1 Sentyabr 2020
Prokurorluq Şirvanda xəstəxanada baş verən insidentlə bağlı məlumat yayıb

Bəzi kütləvi informasiya vasitələrində sentyabrın 1-də gecə saatlarında Hacıqabul rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş Qiyaslı Orxan Yaşar oğlunun meyitinin məhkəmə-tibbi müayinəsi həyata keçirilən zaman mərhumun qohumlarının Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinə hücum edərək işçilərə xəsarətlər yetirmələri ilə bağlı informasiyalar yayılıb.


Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, MTE və PA Birliyinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Eldar Məmmədov qeyd olunan faktla bağlı Şirvan şəhər prokurorluğuna müraciət edib.


Müraciət əsasında aparılan araşdırma zamanı müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, hadisənin şahidləri müəyyən edilərək izahatları alınmış və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.


Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti