Xəzər Xəbər

Ötən gün baş verən qəzalarda 4 nəfər ölüb

Hadisə | 10:28 • 1 Sentyabr 2020
Ötən gün baş verən qəzalarda 4 nəfər ölüb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 27 cinayətin üstü "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumatına görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Xəbər lenti