Xəzər Xəbər

Gömrükçülər dərman preparatları, ehtiyat hissəsi və siqaretlər aşkarlayıb

Hadisə | 14:11 • 31 Avqust 2020
Gömrükçülər dərman preparatları, ehtiyat hissəsi və siqaretlər aşkarlayıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 5 fakt üzrə dərman preparatları, siqaretlər, avtomobil ehtiyat hissəsi və soyuq silahın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.


Bu barədə XəzərXəbər DGK-ya istinadən xəbər verir.


Belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, 2 ədəd "DAF", 2 ədəd "Mercedes-Benz" və "Ford F-max" markalı yük nəqliyyat vasitələri saxlanılıb.


Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, 1 ədəd beşbarmaq, 36 qutu dərman preparatı, 1 ədəd avtomobil ehtiyat hissəsi, ümumilikdə 1 400 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.


Faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti