Xəzər Xəbər

Sumqayıtda yol qəzası baş verib, xəsarət alan var

Hadisə | 10:11 • 30 Avqust 2020
Sumqayıtda yol qəzası baş verib, xəsarət alan var

Sumqayıtda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib


Qəza şəhərin Koroğlu prospektində baş verib. Hərəkətdə olan "Volksvagen Passat” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarına aşırıb.


Hadisə nəticəsində sürücü 1963-cü il təvəllüdlü Mirzəyev Gülbala Balaş oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və o xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti