Xəzər Xəbər

Meyxanaçı Vüqar Biləcəri dəfn olundu

Hadisə | 15:52 • 29 Avqust 2020
Meyxanaçı Vüqar Biləcəri dəfn olundu

Meyxanaçı Vüqar Biləcəri son mənzilə yola salınıb.


Mərhum Hökməli qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.


****


Meyxanaçı Vüqar Biləcərinin nəşi vida mərasiminin keçirilməsi üçün Biləcəri qəsəbəsindəki evinə gətirilib.


Mərasimdə mərhumun ailə üzvləri ilə yanaşı, çox sayda pərəstişkarları da iştirak edirlər. 


Onun nəşi vida mərasimi başa çatdıqdan sonra Hökməli qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.


Qeyd edək ki, V.Biləcəri uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2004-cü ildə "De gəlsin” meyxana yarışmasında iştirakı ilə tanınmışdı.

Xəbər lenti