Xəzər Xəbər

Qoç Goranboyda yaşlı qadını komaya saldı

Hadisə | 15:03 • 29 Avqust 2020
Qoç Goranboyda yaşlı qadını komaya saldı

Goranboy rayonunda qoç 70 yaşlı qadını vuraraq ona ağır xəsarət yetirib.


Hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.


Belə ki, kənd sakini, 1950-ci il təvəllüdlü D.İmamquliyevanı qoç vuraraq ona xəsarət yetirib. Ağır kəllə-beyin travması alan qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun koma vəziyyətində olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır./report

Xəbər lenti